Livandan İsrailin şimalına 70 raket atılıb

Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“İsrail yanğınsöndürmə və xilasetmə xidmətləri hücum nəticəsində bu ərazilərdə baş vermiş çoxsaylı yanğınların söndürülməsi üçün çalışır”, - deyə məlumatda bildirilir.
Hərbçilər İsrailin şimalındakı Qərb və Yuxarı Qaliley bölgələrində hava hücumu sirenlərinin səsləndiyini açıqlayıb.