Yol bağlı olacaq, bəs, hava limanına necə gedək?

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayaraq, bu durumda hava limanına getməli olan sərnişinlərə tövsiyələr edib:
- Gecikmələrin qarşısını almaq üçün səfərlərinizi öncədən planlayın.
- Alternativ olaraq Zığ şosesi – Zığ-Hövsan – Hava Limanı marşrutundan istifadə edin.
- İctimai nəqliyyat vasitələrinə üstünlük verin. “Aeroexpress” avtobusları gecə saatlarında 45 dəqiqə intervalla xidmət göstərir.