Bakı metrosunda qatarların hərəkətində 11 dəqiqə yubanma olub

Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb
Bildirilib ki, metropolitenin normativ tələblərinə uyğun olaraq sərnişinlərin düşürülməsi zərurəti yaranıb: "Lakin stansiyada sərnişin sıxlığı səbəbilə sərnişinlərin qatardan düşürülməsi prosesi 10 dəqiqə davam edib. Qatar depoya yola salınıb. Əvəzinə dərhal ehtiyat qatar verilib. Ümumən, hər iki xətt üzrə intervaldan əlavə 11 dəqiqə yubanma var"