“Ağa Musa Nağıyev - 175” videoçarxının çəkilişləri yekunlaşdı

Çarxda Bakı milyonçusu və xeyriyyəçi Ağa Musa Nağıyevin XX əsrin əvvəllərində Bakı şəhərində tikdirdiyi tarixi binaları və həmin dövrdə cərəyan etmiş tarixi prosesləri cəmiyyətimizə tanıdılır, Azərbaycan tarixinin indiyədək bilinməyən səhifələri açılır, həmçinin insanlar milli-mənəvi dəyərlər sisteminin əsas elementlərindən olan xeyriyyəçilik ənənələrini təbliğ və təşviq olunmasına, onun Azərbaycan cəmiyyətində daha da geniş tətbiq olunmasına dəvət edilir.
Xeyriyyəçilik ənənələrinin bu şəkildə geniş təbliğ olunması, eyni zamanda, Azərbaycanın milli maraqlarına da uyğundur, çünki Azərbaycan cəmiyyətində bu xüsusiyyətləri yaymaqla milli birlik, milli şüur və milli özünüdərketmə təmin edilir.
Bunların Azərbaycanın dövlətçiliyindən tutmuş müxtəlif sahələrə qədər böyük töhfələr verdiyini göstərmək və bununla da Azərbaycan cəmiyyətində Bakı şəhərinin tarixi ilə bağlı biliklərinin daha da genişləndirilməsinə nail olmaq əsas hədəflərimizdən biridir. Bundan əlavə, Ağa Musa Nağıyevin həyatı və fəaliyyəti ilə bağlı yeni tədqiqatların nəticələrini misal göstərərək, əsasən, gənc nəsildə xeyriyyəçilik ənənələrinin Azərbaycan cəmiyyətində daha da geniş yayılmasına müvəffəq olmaq əsas məqsədimizdir.



