“Məhdudiyyətsiz İncəsənət” adlı tədbir keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsi çərçivəsində “Məhdudiyyətsiz İncəsənət” adlı layihə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzində olub körpə yaşında xəstəxanaya məhkum olan gözəl balalara master klass keçirildi. Layihə rəhbəri Aytən Nəbiyeva Tacəddin qızı xəstəxana kollektivinə və əməkdaşlarına, başda həkim Könül Bağırova və Zöhrə Əlimirzəyeva öz minnətdarlığını bildirdi. Bütün qaydalara riayət edilərək layihə könüllüləri sanitar xələt, əlcək və maskalarla təmin olunaraq içəriyə girməsinə, uşaqlarla ünsiyyət qurulmasına dəstək olduqları üçün dərin minnətdarlığımızı bildirirdi. Master klassın təlimçisi Azərbacan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi Ülviyyə Seyidzadə yorulmadan onlara rəssamlığın sirlərini öyrətdi. Uşaqların aldığı zövq mərkəzin kollektivinə də siraət etdi, bərabər onlarda master klassda iştirak edib uşaqların daha rahat öyrənməsinə dəstək oldular. Bu layihədə heç bir dəstəyi əsirgəməyən “Göyərçin” TİDİB sədri Gülnarə Vəlixanlıya xüsusi təşəkkür bildiririk.
Geri qayıt