Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? - BU NƏDİ BELƏ?

32gun.az xəbər verir ki, tenderin qalibi "Maybo" MMC olub. Tərəflər arasında 180.065,06 AZN-lik müqavilə bağlanacağı gözlənilir.
32gun.az-ın əldə etdiyi məlumata görə, qalıb şirkətin hazırda dövlətə külli miqdarda vergi borcu mövcuddur. Maybo MMC-nin vergi borcu 135331.86 AZN təşkil edir.
Bildirək ki, nizamnamə kapitalı 1020 AZN olan MMC-nin qanuni təmsilçi Midhət Qurbanəliyev Çingiz Oğludur.
Xatırladaq ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevdir. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin isə rəisi Ceyhun Muradovdur.
