BU NƏDİ BELƏ: Nazirlik bir ədəd şagird partasının təmirinə 106 manat xərcləyəcək - İcazə verin, şübhələnək...

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin şərtlərinə görə, qalib şirkət aşağıdakı işləri həyata keçirməli olacaq:
- 7 400 ədəd şagird partasının taxta hissələri aksesuarları ilə birgə dəyişdiriləcək;
- 1 170 ədəd şagird partasının qaynaq yerləri yenidən qaynaq olunacaq;
- 1 290 ədəd şagird partası boyanacaq.
Qeyd edək ki, ümumilikdə 9 860 ədəd şagird partasının təmiri üçün Elm və Təhsil Nazirliyi 1 milyon 49 min 36 manat 10 qəpik qiymət hesablayıb (ehtimal olunan qiymət). Açqlanan məlumatdan da göründüyü kimi, nazirlik 1 ədəd şagird partasının təmiri üçün 106,4 manat xərcləməyi planlayıb.