“Zığ” Sağlamlıq Mərkəzində ağır şəkər xəstəsinə dərman verilmir - NARAZILIQ VAR...

“Mən, Məmmədov Əhəd Hüseyn oğlu, 10 ildir ağır şəkər xəstəsiyəm. 6 ildir beyin insultu keçirmişəm, sol tərəfim işləmir.
Özüm “Zığ” Sağlamlıq Mərkəzində qeydiyyatdayam. Şəkər üçün insulin almağa gedirəm, 1 ampul verirlər. Əslində isə mənə 3 ampul verməlidirlər. İynə 12 ədəd verirlər, amma 100 ədəd verməlidirlər.
Gün ərzində 5 dəfə iynə vururam. 3 aydan bir də müalicə olunuram. Aldığım pensiya heç iynə-dərmanıma çatmır.
Xəstəxanaya iradımı bildirdikdə isə deyirlər ki, “yuxarıdan belə tapşırılıb”. Axı, bu qədər insanı ölümə göndərmək olmaz. Derdimizi kimə deyək, bilmirəm. Yuxarıdan tapşıranların evində şəkər xəstəsi yoxdur, heçmi halımızdan xəbərdar deyillər?!”(Hurriyyet)