Bir qadının XƏYANƏT etdiyini göstərən 10 ƏLAMƏT – VİDEO

Bir qadının XƏYANƏT etdiyini göstərən 10 ƏLAMƏT – VİDEO Həyat yoldaşınızla uzun müddətdir xoşbəxt bir zaman yaşayırdınız. Amma son zamanlarda münasibətlərinizdə yolunda getməyən bir şeylərin olduğunu düşünürsünüz. Bəlkə də həyatda inanmaq istəyəcəyiniz son şey, amma qadınınızn sizi aldatdığından şübhələnirsiniz. Bəs, yalan maşınınız və xüsusi bir detektor olmadan yoldaşınızın sizi aldadıb-almatmadığına necə qərar verəcəksiniz? Bax, bu video material elə bu sualın cavabı üçündür. “Arzu Sayyad Videoları” – “Youtube” kanalı ilə birgə hazırladığı bu materialda həmin sualın cavabını tapacaqsınız. Beləliklə, bir qadının aldatdığını göstərən 10 əlamət:
10. Sizə olan hörmətinin azalması. Evdə iki yad kimi olmağa başadınınız, ya da bir-birinizlə otaq yoldaşı kimi davranırsınız. Əvvəllər arvadınızla bəlkə də hər şeyinizi paylaşırdınız. Fəqət qadınınızın birdən-birə sizdən uzaqlaşdığını hiss edirsiniz. Xüsusi mövzuları danışmaq üçün nə zaman hərəkətə keçsəniz, danışmağı rədd edir. Bu, xanımınızın özünü sizdən həm duyğu baxımından, həm də zehni aspektdən uzaqlaşdırmış ola biləcəyi deməkdir.
9. Sirli davranışları və rəftarı. Yoldaşınız artıq sizinlə gündəlik həyata dair paylaşımlar və fikir bölüşmələri etmir. Özünü sizə qarşı günahkar hiss etdiyi üçün sizinlə söhbətə girməkdən çəkinir. Belə bir halda əlbəttə, dərhal panikaya qapılmayın. Ya da şübhəyə düşməyin. Fəqət aldadırsa, sirli davranışları və halı sizə bir işarə ola bilər.
8. Görünüşdə, kosematikasında, ətirlərində və geyimlərində tez-tez dəyişiklik. Partnyorunuz xarici görünüşü ilə daha çox maraqlanmağa və qeydinə qalmağa çalışır, ə həmişə olmadığı kimi özünə əl gəzdirirsə, özünü daha çox bəyənməyə başlayır və güzgünün qabağında əvvəllər olmadığı kimi özünə düzəlişlər verirsə, sizin üçün aldatmanın ipucları ola bilər. Artıq necə geyinməsi ilə bağlı daha çox maraqlanır. Sizin çox da vecinizə almadığınız geyim tərzini daha çox seçir. Tez-tez öncədən çox da getmədiyi saç dəlləyinin yanına və fitnes salona getməyə baxşlayır. Eləcə də, gözəllik salonuna tez-tez gedirsə, onu təqib etməyə başlasanız, yaxşı olar…
7. Ailə marağının azalması. Yoldaşınız siz işdən evə gəldiyinizdə artıq sizi qapıda qarşılamaq üçün bir həyacan duymursa, o zaman bir problem var deməkdir. Ya da qadınınız durduğu yerdə gəzməyə çıxmasını söyləyir və bunun üçün də müxtəlif bəhanələr səsləndirirsə, bir şeylər yolnda getmir deyilə bilər. Əgər arvadınız çölə çıxması gərəkdiyini söylədiyində təkbaşına getməsini söyləyirsə, bu məsələni bir az çözün. Çox da irəli getmədən, sadəcə, siz də ona yoldaşlıq edəcəyinizi söyləyin və bu zaman daha da narahat olursa, bunu anlamağa çalışın.
6. Daha az mübahisə və dava-dalaş. Əvvəllər həyat yoldaşınız və onun dost çevrəsi ilə gəzməyə çıxmaq istədiyini söylədiyinizdə qadın bu vəziyyətə hirsləndiyi halda, indi nə edərsinizsə, edin o, buna əsəbiləşmir. “Hər şey tamam” deyirsə, əvvəllər hər addımınızın planmalı olduğunu deyir, indi isə, dartışma şəraiti yaratmırsa, eləcə də, aranızdakı kiçik anlaşazlıqlar onu sinizrləndirmirsə, bu yaxşı bir hal ola bilər. Amma arvadınızın sizə niyə laqeyd qaldığını da sorğulamalısınız. Necə deyərlər, başınızı iki əllərinizin arsına alıb yaxşı-yaxşı düşünməyinizin zamanıdır.
5. Telefon və internetdə daha çox vaxt keçirmək. Qadın son zamanlar telefonda daha çox və ya pıçıldayaraq danışır və sizi görərkən telefonu dərhal bağlayırsa, şübhələnməyə əsasınız var. Bəlkə də özünə yeni bir elektron adres və ya sosial şəbəkədə hesab açıb, üstəlik, yeni telefon nömrəsi də almış və bunu sizdən gizlətmiş ola bilər. Bu zaman ondan sizə qarşı dürüst olub-olmadığını soruşun. Əgər mütəmadi olaraq sizi ittiham edəcək fikirlər səsləndirirsə, gözlərinizi 4 açmanız lazım olacaq. Məsələdən agah olamlısınız.
4. Tək qalmaq üçün ürəyi gedir. Əvvəllər hər an harada olduğunuzdan narahat olur, getdiyi hər yerə sizi də az qala bir qol çantası kimi aparmaq istəyirdisə, indi tək qalmağa can atır. Belə halda qadını yoxlamaq üçün ona getdiyi yerdə yoldaşlıq təklif etmək daha uyğundur. Əgər o israrla bunu rədd edirsə, başınızı yaxşı-yaxşı qaşıyıb düşünməlisiniz.
3. Sizi tamamilə sərbəst buraxıması. Qabaqlar hər getdiyiniz yeri soruşub dostlarınızla görüşməyinizə, gəzməyə və səyahət etməyinizə deyinir, indi isə, buna səs çıxarmır, birdən-birə sizin bu addımlarınızı dəstəkliyəcək bir hal nümayiş etdirir. Hətta siz subaylar kimi yaşadığınızda belə səs çıxarmırsa, sevinməyin. Əndişələnin.
2. Dostlarınızla görüşdükdə ağız büzmür? Məclislərdə daha çox vaxt keçirdiyinizdə sizinlə dalaşmır? Hətta bu işlərdə sizi dəstəkləyir? Bu yöndən rahatsınız? Sevinməyin. Dalaşmamaqda da bir kəramət var. Axı, əvvəllər o sizsiz qala bilmirdi, birdən-birə nə oldu? Araşdırın.
1. Davamlı YALANLAR. Aldadan sevgili dayanmadan yalanlar söyləyər. Çünki ən xırda bir məsələdə belə açıqlama etmək istəməz. Son vaxtlarda arvadınızın daha çox yalan söylədiyini düşünürsünüzsə, hətta bəzi yalanlarını tutdunuzsa, diqqət edin. Kimsə durduğu yerdə yalan söyləməz. Xırda məsələlər haqqında belə yalan söyləməsi bir əlamət ola bilər.
Son olaraq, əlavə etmək lazımdır ki, sizə olan qısqanclığının azalması, ailə planlamasında uzun vədəli planlar etməməsi, telefondan istifadə tərzi də bu siyahıya əlavə ola bilər. Məsələn, siz zəng edəndə, telefonu məşğul olanda qeydlər aparın. Tez-tez zənglər edib həmin zənglərin telefonundan silinib-silinmədiyini yoxlayın. Bütün bu maddələrdən bir və ya ikisinin olması qəti xəyanət mənasını vermir. Amma aldatma riskinin artdığının göstəricisi ola bilər.
Heç kim aldatmağa və aldadılmağa layiq deyil.Necə deyərlər, yalanı nə eşitməyi, nə də danışmağı seçin. Unutmayın ki, aldatma əlamətləri varsa, səbəblər də var deməkdir.
Geri qayıt