İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı Azərbaycan Prezidenti İlham Əliyev “20 Yanvar Şəhidi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Məlumata görə, sərəncamda qeyd olunur ki, 1990-cı il 20 Yanvar hadisələri nəticəsində həlak olmuş Ağayev Şövkət Həsənoviçə “20 Yanvar Şəhidi” fəxri adı verilsin.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.
Geri qayıt