"İctimai TV"dəki vəzifəsindən getdi
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Xəbərlər departamentinin direktoru Fikrət Doluxanov vəzifəsindən gedib.O bu barədə feysbuk hesabında yazıb.
“Bu kitabın yeni səhifələri artıq mənsiz yazılacaq və oxunulacaq. Mən isə yeni çağırışlar, yeni imkanlar, və yeni nailiyyətlərə doğru addımlamalıyam, çünki həyat – yoldur”, - deyə o bildirib.
Xatırladaq ki, F. Doluxanov bu vəzifəyə 2021-ci il yanvarın 6-da təyin olunmuşdu.
