Qətlə yetirilən müğənninin ailəsi VƏKİLSİZ QALIB... - "İnsanların taleləri kimi hüquqları da yanır…"

Jurnalist daha sonra öz çağrışını həm də belə şərh edir: "Vəkili özünü yandıran ölkədə yandırılan müğənniyə vəkil axtarmaq bəlkə də mənasızdı. Vəkillər Kollegiyasının inzibati binasının yanında özünü yandıran Salyan Vəkil Bürosunun üzvü Zaur Məmmədovu nəzərdə tuturam. Vəkilin intiharından 1 ilə yaxın vaxt keçsə də, onun ölümə sürükləyən səbəb və şəxs məlum olmadı.
İnsanların taleləri kimi hüquqları da yanır…"

Dia-az.İnfo qeyd edir ki, bir neçə gün əvvəl Anar Məmmədov vəkilləri tənqid edərək yuxarıdakı fotonu aşağıdakı kimi şərh etmişdi:
"Ölkəmizin tanınmış vəkillərinin əllərində siqar şəkillərini sosial şəbəkələrdə yəqin sizlər də görmüsünüz. Axı fotoqrafiya sadəcə vizual vasitə deyil. Bu, hekayələri, emosiyaları çatdırmaq üçün güclü vasitədir. Hörmətli vəkillərimiz bu yolla kimə nəyi çatdırmaq istəyirlər?.."