Bəs onların ailələri BİZƏ ƏMANƏT İDİ? - NƏ DƏYİŞİB Kİ...

Bəs onların ailələri BİZƏ ƏMANƏT İDİ? - NƏ DƏYİŞİB Kİ... Şəhid Ruslan Seyidovun həyat yoldaşı Minarə Seyidova Tribunainfo.az-a şikayətini bildirib.

1984-cü ildən (40 il) Sumqayıt şəhər 5 nömrəli Ailə Sağlamlıq Mərkəzində tibb bacısı kimi çalışan Minarə Seyidova işdən azad edilib.

Qeyd edək ki, iyul ayının 9-da orta tibb işçilərinin sertifikasiya imtahanından 3 balla kəsilən Minarə Seyidova Səhiyyə Nazirliyi Sertifikasiya Komitəsinə və Səhiyyə Nazirliyinə müraciət etməsinə baxmayaraq ona bildirilib ki, şəhid ailəsi olmağına baxmayaraq heç bir özəlliyiniz yoxdur.

Minarə Seyidova imtahandan kəsildiyinə görə, nə maaş alır nə də 40 illik iş yerinə buraxılmır.

Şikayətçinin sözlərinə 6 ay ərzində təkrar imtahana buraxılacaq və həmin müddət ərzində də kursa getməlidir.

“Mən kimsəsiz insanam. Bəs mən necə dolanmalıyam?! Əvvəllər də belə hal baş verib. İşçilər arasında kəsilən də olub, maaşını alıb, işə də gəlib. İndi bu hal nə dərəcədə ədalətlidir? Mən cənab prezidentə və xanımına, eyni zamanda icra orqanlarına elektron məktub göndərmişəm, ancaq çox təəssüf ki, müraciətlərimə baxılmır”, – deyə şikayətçi bildirib.

Həyat yoldaşı şəhid olandan sonra ailənin bütün qayğı və ehtiyaclarını öz üzərinə götürən, iki övladını tibb bacıcı işləyərək min bir əziyyətlə boya -başa çatdıran Minarə Seyidova şikayətinə baxılmasını və güzəşt edilməsini tələb edir.


Geri qayıt