Keçmiş NEFT OLİQARXININ namizədliyi ləğv oluna bilər... - ƏGƏR...

Əgər bu iddialar doğru olsa o zaman Bədəl Bədəlovun namizədliyi ləğv edilə bilər.
Belə ki, Bədəl Bədəlovun obyektlərinin bir çoxu SOCAR-a məxsus ərazilərdə inşa edilib. Qeyd edək ki,Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, döngə 2-də Neft Şirkətinə məxsus torpaqlar Bədəl Bədəlov tərəfindən zəbt edilib. Zəbt edilən bu ərazidə fərdi ev və obyekt inşa edilib.
Suraxanı rayonunun Yeni Suraxanı ərazisində – “Araz” market yaxınlığında vətəndaşların xeyir-şər yeri üçün nəzərdə tutulan ərazi belə Bədəl Bədəlov tərəfindən zəbt edilərək mənimsənilib.