Ağcabədi sakini ACINACAQLI DURUMDA... - "4-cü uşağa necə baxacağıq bilmirəm..."

“Mən, Əfqanov Rahib Asif oğlu, yazaraq bildirirəm ki, 3 uşaq atasıyam. Daha bir övladım da bir neçə ay sonra dünyaya gələcək. Çarəsiz vəziyyətdə qalmışam. 3 uşağa baxa bilmirəm, 4-cü uşağa necə baxacağıq bilmirəm?!
Yoldaşım işləmir, evdar xanımdır. Məşğulluq İdarəsindən bizə heç bir kömək olunmur. VÖEN-də var. Ünvanlı sosial yardım üçün 15.05.2024-cü il tarixindən müraciət etmişəm, lakin heç bir cavab yoxdur. Adıma maşın da yoxdur.
Mən, çətin vəziyyətdə yaşayan bir vətəndaş olaraq, hara müraciət edəcəyimi artıq bilmirəm. Haqqım olan ünvanlı yardımı qərəzli şəkildə mənə vermirlər”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinə məlumat verilib.