Azərbaycanın qızlardan ibarət basketbol millisi Ermənistana qalib gəlib

Ermənistanla qarşılaşan Evren Alkayanın rəhbərlik etdiyi yığma 68:42 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, Azərbaycan seçməsi ilk oyunda Albaniyanı 72:53 hesabı ilə məğlub edib. Qrupdakı ikinci oyunda Gürcüstan üzərində 74:68 hesabı ilə qələbə qazanan komanda Avropa çempionatının yarımfinalına vəsiqəni təmin edib.