“Amina & S Group” MMC işçilərin əmək haqqını vermir - ETİRAZ VAR...

“Biz, işçilər, yazaraq xahiş edirik ki, problemimizi işıqlandırasınız.
“Amina & S Group” MMC may ayından bəri işlədiyimiz artıq saatların ödənişini vermir. Sözügedən şirkətin təsisçisi Emin Əhmədov suallarımıza cavab vermir. Müdriyyət sanki yoxa çıxıb, onlardan xəbər yoxdur.
Qeyd edək ki, iş vaxtı 12-14 saat aralığında olurdu. Bəzən də daha çox işləyirdik. Biz sözügedən şirkətdən əziyyətimizin qarşılığını tələb edirik. Gözləntimiz qarşılanmasa, hüquqi yollara əl atacağıq”.