Bağdaddakı ən hündür binalardan birində Azərbaycan bayrağı əks olunub

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov "X" hesabında bu barədə paylaşım edib.
"Azərbaycan Respublikasının milli bayramı, 28 May - Müstəqillik Günü münasibətilə Bağdadın ən hündür binalarından birində dövlət bayrağımız işıqlandırılıb. Təşəkkürlər İraq!", - deyə, səfirin paylaşımında qeyd olunub.
