Nəsimidə qaz kəsiləcək

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə rayonun Cəlil Məmmədquluzadə, Nəsib bəy Yusifbəyli, Abbasqulu ağa Bakıxanov, Nəcəf bəy Vəzirov, Hüseynqulu Sarabski, Mərdanov Qardaşları, Hənifə Ələsgərov, Allahyar Nəsibov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.