MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Hörmətli redaksiya, həmin zibilxanadakı dözülməz şəraitin video görüntülərini sizə göndərməklə xahiş edirik ki, bu işdə bizə köməklik göstərəsiniz!”
Faktla əlaqədar Saray qəsəbə Bələdiyyəsinin sədri Ş.Məhərrəmovla telefon əlaqəsi saxladıq. Cənab sədr bildirdi ki, sözügedən zibillik Sumqayıt şəhəri ilə Saray qəsəbəsi arasındakı yol ayrıcında yerləşdiyinə görə, oraya zibil tullantılarını Sumqayıt sakinləri atırlar. Ona görə də qarşısını ala bilmirik. Ancaq bizim qanuna müvafiq tövsyyələrimizdən sonra Şahlar bəy zibilxananın təmizlənməsinə söz verdi. İki gün sonra isə özü zəng edərək, artıq zibilxananı təmizlətdirdiyini bildirdi. Problemi operativ həll etiyinə görə biz də ona təşəkkür etdik.
Amma, daha iki gün sonra sakinlər təkrar-təkrar zəng edərək, yaşayış binalarının qarşısından keçən şosse yolunun yaxın ətrafınındakı zibilxananın yenə aşıb-daşdığını bildirdiklərinə görə, faktı araşdırmaq məqsədilə əməkdaşımız Elmir İbrahimovu sözügedən ünvana göndərdik. Hadisə yerində çəkilmiş video kadrlar da sakinlərin şikayətlərində göstərilən faktların tam əsaslı olduğunu təsdiqlədi. Odur ki, problemi ictimailəşdirdik ki, bəlkə hörmətli Ş.Məhərrəmov cənabı zibil yandırma və havanın çirkləndirilməsi əməliyyatına son verib, sözügedən ünvanın zibil qutuları ilə təmin edilməsinə və zibilin vaxtlı-vaxtında daşınmasına qərar verdi.
PS. Qarşı tərəfin rəsmi mövqeyini də işıqlandırmağa hazırıq.
MİNA Tv.az saytının Araşdırma Şöbəsi