1 milyonundan keçmiş Elmar Vəliyevin xalası oğluna hökm oxunacaq - Şok gizlinlər

1 milyonundan keçmiş Elmar Vəliyevin xalası oğluna hökm oxunacaq - Şok gizlinlər Bu gün keçmiş rabitəçilərə, yəni MTN işinin qurbanı olan sabiq məmurlara hökm oxunacaq; Bu prosesdə Əli Abbasov və İltimas Məmmədov mühakimə olunmadı...
Rabitə işi bəzi məqamların üstünü açmadı. Baxmayaraq ki, sabiq nazirə və müavinə ciddi ittihamlar var idi. Amma heç birinə cinayət işi başlanmadı. Biri yenə nazir müavini olaraq qaldı, o biri isə AMEA-da vəzifə aldı. Ancaq müəmmalı olan başqa bir məsələ - Gəncənin icra hakimi Elmar Vəliyev haqdadır ki, təftişinə başlana bilər.
Belə ki, dövlətə vurduğu ziyanın müqabilində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov 10 milyon manata yaxın pulu geri qaytarıb. Bundan sonra vəkilləri onun barəsində bəraət hökmünün verilməsinə çalışırlar.
Vidadi Zeynalov tərəfindən geri ödənilən pulların toplanmasında sabiq aparat rəhbərinin yaxınlarının kifayət qədər əziyyətə qatlaşdığı iddia olunur.
Bununla bağlı dia.az yazıb ki, yaxınları sabiq aparat rəhbərinin ölkədəki və ölkə kənarındakı əmlakının satışını təşkil etməklə yanaşı, həm də pulun toplanmasında da iştirak ediblər.
Məlumatlı mənbəyə görə, bu əziyyətə qatlaşanlar arasında kifayət qədər tanınmış şəxslər də var.
Onlardan biri də sabiq aparat rəhbərinin xalası oğlu - Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdir. Elmar Vəliyev təxminən 1 milyon manata yaxın qatqıda bulunub.
E.Vəliyev V.Zeynalovun xalası oğlu olmasını gizlətməyə çalışır. Gəncə meri V.Zeynalova ön böyük yaxşılığı 1 milyonundan keçməsi olub.
Amma onun arxasınca getməyib və özünü hakimiyyət qarşısında çətin duruma salmaq istəməyib. Bu gün ona hökm oxunacaq və Gəncənin icra başçısı ddaha artığını edə bilməyəcək.
Lakin hər iki xala oğlunun vaxtilə birgə şərikli işlərinin olduğu söylənir. Məlumata görə, Elmar Vəliyev hazırda ciddi narahatlıq keçirir. Həmin narahatlığa səbəb isə Vidadi Zeynalovla xalaoğlu olmasıdır.
Mənbə bildirir ki, Vəliyevlərin sayəsində yüksək postlara transfer olunan Zeynalov, daha sonra yaxınlarını da vəzifə başına gətirməyə nail olub.
Hətta bu gün Elmar Vəliyevin icra başçılarından ibarət komandalarında da Vidadi Zeynalovun adamları var. Bundan başqa, Elmar Vəliyevin oğlu Elmir Vəliyevin də vəzifəyə çəkilməsi məhz Vidadi Zeynalovun təşəbbüsü ilə baş tutub.
Hətta Gəncənin icra başçısı Elmar Vəliyev Elmir Vəliyevin parlament seçkilərində də iştirakına və deputat seçilməsinə cəhd edib.
Amma bu cəhd nəticə verməyib və icra başçısı Naqif Həmzəyevin namizədliyi ilə kifayətlənib.
Vidadi Zeynalovun Gəncədə iri biznes obyektləri və 3 yaşayış binası var. Bu obyekt və binaların tikilməsində isə Elmar Vəliyevin xüsusi xidməti olub.
Geri qayıt