Sabunçuda şıdırğı TORPAQ ALVERİ... - BU NƏDİ BELƏ?!

Əslində, dərindən araşdıranda, bu "ilhamın" qaynağının ciblərdən başladığını aydınca görmək olur da, biz sadəcə nəzakət xatirinə məlumatların çoxluğuna bağladıq.
Yeri gəlmişkən, bu cür "palaza bürünüb, elnən sürünən" rayonlardan biri də paytaxtın Sabunçu rayonudur.
Belə ki, "DogruXeber.az" redaksiyasına Sabunçu rayon Sabunçu qəsəbəsində qanunsuz tikinti aparıldığı barəsində məlumat daxil olub.
Məlumatda bildirilir ki, Qambay Vəzirov küçəsində fəaliyyət göstərən birmərtəbəli maşınyuma (moyka) məntəqəsinin üstündən əlavə iki mərtəbə də inşa etdirilir. Deyilənə görə həmin obyektin ikinci və üçüncü mərtəbələrinin "xeyir-şər evi" kimi fəaliyyət göstərməsi nəzərdə tutulub.
Hansı ki, redaksiyamıza həmin ərazinin "SOCAR' neft şirkətinə məxsus olduğu üçün elə üstündə "daha böyük xəyallara doğru start götürən" o, "moykan"ın özünün tikintisinin də tamamilə qanunsuz olduğu bildirilib.
Qeyd edək ki, sözügedən qanunsuz tikinti barəsində redaksiyamız tərəfindən aidiyyatı qurumlara rəsmi sorğular göndərilib.
Qarşıdakı günlərdə sözügedən tikinti barəsində daha ətraflı məlumat və fotoşəkillər portalımızda dərc ediləcək.
Diqqətiniz bizdə olsun.
Mövzunu davam etdirəcəyik
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
