Ağstafada xəstələri nədən Qazaxa yollayırlar? - GİLEY

Onların sözlərinə görə, xüsusən ultrasəs müayinəsi edən radioloq həkimlərin azlığı günlərlə növbə gözləməyə səbəb olur.
Sakinlər adından dia-az.info-ya daxil olan müraciətdə daha sonra deyilir:
“Ağstafa Mərkəzi Xəstəxanasında ultrasəs müayinə aparatı yoxdur, həmçinin həkim də yoxa çıxır.
Bizə Qazax rayonuna getməyimizi deyirlər. Oraya getdiyimiz zaman isə həkim tapa bilmirik”.