"Pəncə-Kilid" əməliyyatı zamanı bir Türkiyə əsgəri şəhid oldu

Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) verilən məlumata görə, separatçı terror təşkilatı üzvlərinin “Pəncə-Kilid” əməliyyatı bölgəsində bir bazaya soxulmağa cəhd göstərdiyi, baş verən qarşıdurmada bir Türkiyə əsgərinin şəhid olduğu bildirilib.
Qarşıdurmada yaralanan əsgər təcili xəstəxanaya aparılıb və müalicəsinə başlanılıb.
Bölgədə əməliyyatlar davam edir.