Uraloğludan Zəngəzur açıqlaması: Bu tarixdə...

Uraloğludan Zəngəzur açıqlaması: Bu tarixdə...
Türkiyəni türk dünyası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsi 2028-ci ildə həyata keçirilə bilər.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu “Tvnet”ə müsahibəsində deyib.

Nazir bildirib ki, qarşıdakı 5 ildə dəhlizlə bağlı işlər davam edəcək:

“Son vaxtlar bu məsələdə Ermənistandan da müsbət mesajlar var. Dəhlizin 43 kilometrlik hissəsi Ermənistan ərazisindədir. Oranın planlaşdırılması da başa çatanda məsələ həllini tapmış olacaq. Beləliklə, biz türk dünyasına daha rahat çata biləcəyik”.

Ə.Uraloğlu diqqətə çatdırıb ki, İran da Zəngəzur dəhlizinə qoşulmaq istəyir:

“Bunun üçün İranla Türkiyə arasında müzakirələr gedir. Bizim üçün Zəngəzur dəhlizi çox vacibdir. İranın bu layihəyə qoşulmasına da kömək edə bilərik. Zəngəzur dəhlizinin Türkiyə tərəfindən 224 kilometrlik hissəsi ilə bağlı addımlar atmışıq. İnşallah, 2028-ci ildə bütün işləri tamamlayacağıq”.
Geri qayıt