“YELO BANK” 1 AYDIR MÜŞTƏRİNİN LƏĞV OLUNAN SİFARİŞİNİN PULUNU VERMİR – ŞİKAYƏT
- 21-12-2023, 13:03
- 375
Tribunainfo.az xəbər verir ki, “Yelo Bank” sifarişi ləğv edilən Aytən Məmmədovanın pulunu 1 aydan çoxdur vermir. Bu barədə o özü yazıb:
“Şikayətim “Yelo Bank”dandır. Bu operatorları orda niyə oturdururlar mən bilmirəm?. Noyabrın 12-si Trendyoldan alış-veriş olub. Həmin gün də sifariş ləğv olunub. Trendyol yazdı ki, pul hesabınıza qaytarıldı. 1 ay 8 gündür ki, bu “Yelo Bank” o məbləğin hara getdiyin tapa bilmir. Nə qəliz işdi ki, bu? Mən özlərinə də bildirdim ki, hesaba 30 azn pul qayıdacaqsa, 15azn-lik kontur gedib, üstəgəldə əsəb, stress”.
Mənbə: Tribunainfo.az