“Kristal Abşeron”la bağlı YENİ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?!
- 20-12-2023, 13:27
- 628
Maraqlıdır ki, “Kristal Abşeron” şirkətinin layihələrinə bir inamsızlıq hökm sürür. Xüsusən də “Park Yasamal” layihəsi haqda bu iddialar səslənir. Tribunainfo.az bildirir ki, bu da səbəbsiz deyil. Çünki şirkətin bundan əvvəl “Qobu Park-2” layihəsində bina əyilmişdi. Ona görə “Park Yasamal” haqda oxşar fikirlər səslənir. Üstəlik, mənzillərin qiyməti dodaq uçuqladır. Xatırladaq ki, Kristal Abşeron” tikinti şirkətinin Lökbatan ərazisində inşa etdiyi “Qobu Park-2” yaşayış kompleksində 17-ci bina əyilib, çoxmərtəbəli binanın uçmaq təhlükəsi yaranmışdı. Millət vəkili Tahir Rzayev də aşma təhlükəsi ilə üz-üzə olan binanın sakinlərinin köçürülməsini tələb etmişdi. Deputat bildirmişdi ki, baş verəcək istənilən faciənin məsuliyyəti tikinti şirkətinin boynundadır. Odur ki, indi yenə insanlarda təşviş və narahatlıq müşahidə olunur. Hər halda şirkət vətəndaşlara bu mövzuda özü ətraflı izah verməlidir ki, cəmiyyətdə panika yaranmasın. Üstəlik, Bakıda son dövrlər zəlzələ tez-tez olur, bunu da tikinti firmaları nəzərə alaraq xalqa dürüst məlumat verməlidirlər. Şirkətin “Park Yasamal” layihəsi haqda deyilənlərə mövqeyini dərc etməyə hazırıq.
Mənbə: Tribunainfo.az