Hərbi məktəblərdə təhsil alanlar üçün birdəfəlik ödəmə təsis edildi - MƏBLƏĞ
- 14-12-2023, 15:04
- 760
Bu barədə Prezident İlham Əliyevin imzaladığı gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında Fərmanda əksini tapıb.
2024–2025-ci tədris ilindən başlayaraq Fərmanda nəzərdə tutulan təhsil müəssisələrində təhsil alan kursantlar üçün təhsil müddətində aşağıdakı aylıq ödəmələr təsis edilməlidir:
Ali təhsil müəssisəsi üzrə:
150 manat məbləğində təqaüd;
200 manat məbləğində ailə üzvlərinə maddi yardım;
200 manat məbləğində hesabda yığılan ödəniş;
Hərbi kolleclər üzrə:
100 manat məbləğində təqaüd;
200 manat məbləğində ailə üzvlərinə maddi yardım;
150 manat məbləğində hesabda yığılan ödəniş;
Hərbi liseylər üzrə:
50 manat məbləğində təqaüd;
100 manat məbləğində ailə üzvlərinə maddi yardım;
100 manat məbləğində hesabda yığılan ödəniş.