Xaricdə doktorantura təhsili alacaq namizədlərin siyahısı təsdiqləndi
- 14-12-2023, 11:06
- 410
Bu barədə Elm və təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, yekun nəticələrə əsasən, ümumilikdə 32 namizəd Dövlət Proqramına qəbul olub.
Qeyd edək ki, hazırda “2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində 23 ölkənin müvafiq reytinq cədvəlləri üzrə ilk 500-də yer alan ali təhsil müəssisələrində 260 Azərbaycan Respublikası vətəndaşı doktorantura səviyyəsi üzrə təhsil alır. Tələbələr ölkənin siyasi-iqtisadi inkişafı üçün önəmli olan 7 prioritet ixtisas istiqaməti ilə bağlı bilik əldə edirlər.