Türkiyə İsraillə diplomatik əlaqələri kəsə bilər
- 8-12-2023, 09:50
- 448
Bu barədə TBMM partiya lideri Doğu Perinçek açıqlayıb.
Onun sözlərinə görə, İsrail kəşfiyyatçıları Fələstinin HƏMAS hərəkatının Türkiyədə yaşayan nümayəndələrini repressiya ilə hədələyir. Vəziyyət Ankara ilə Təl-Əviv arasında gedən prosesin şiddətindən asılı olacaq.
"Türkiyə Cümhuriyyəti heç bir ölkənin kəşfiyyatının Türkiyə ərazisində cinayət törətməsinə və ya bir insanı öldürməsinə imkan verməyəcək qədər güclü dövlətdir", – Perinçek bildirib.
O əlavə edib ki, əgər İsrail kəşfiyyatı cinayət törətsə, bu, cavabsız qalmayacaq. Nə olacağı vəziyyətdən asılıdır.