Türkiyə ordusu daha 6 PKK terrorçusunu məhv etdi

Cəmiyyət

Türkiyə ordusu 6 nəfər PKK üzvünü zərərsizləşdirib.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi "X" platformasında bildirib.

Nazirliyin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri tərəfindən "Fərat qalxanı" əməliyyatının həyata keçirildiyi bölgədə PKK terrorçularına qarşı mübarizə davam edir.

"Terrorçular qazdıqları səngərlərdə basdırılmaqdan xilas ola bilməyəcəklər!", - deyə nazirlik vurğulayıb.