Bu ərazilərimizə 14 sm qar yağdı
- 28-11-2023, 10:01
- 574
Ən çox qar Qubanın Qırız və Xınalıq kəndlərinə yağıb.
Məlumata görə, qarın hündürlüyü 14 santimetrə çatır. Region üzrə ən aşağı temperatur (-8,6) Qudyalçay-Xınalıq məntəqəsində qeydə alınıb.
Xızı rayonun Altıağac qəsəbəsində qarın hündürlüyü 13, Qusarın Ləzə kəndində isə 12 sm-dir.
Quba və Qusarın rayon mərkəzlərində qar qeydə alınmayıb.