“Karayev City” MTK-NIN MƏHKƏMƏSİ BAŞLADI
- 17-11-2023, 10:06
- 461
Bundan əvvəl isə yayılan məlumatlarda deyilirdi ki, yaşayış binasında sakinlər yaşadığı halda “Karayev City” tikinti şirkəti tərəfindən söküntü işləri aparılır. Qeyd edilən ünvanda ev 46 mənzil 1-də yaşayan Məmmədağa Abdullayev II qrup əlildir.
Eyni zamanda, bu ilin yayında vətəndaşlar – Raya İsmayılova, Aygün Mustafayeva və Mehdi Əhmədov “Karayev City” MTK ilə bağlı məhkəməyə müraciət edib. Onlar alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. Yada salaq ki, 2020-ci ildə ağacları kəsdiyinə görə “Karayev City” tikinti şirkəti 50 min cərimə olunub. Yəni şirkət başdan-başa bir qalmaqaldır…
Tribunainfo.az