Prezidentin qovduğu general oğlunun döydüyü sürücünü hədələdi — ŞOK AÇIQLAMA
- 12-07-2017, 18:42
- 142 566
Bu barədə müsahibəsində sürücü S.Səmədov məlumat verib.
S.Səmədov Novruzəli Orucovun bu gün telefonla ona zəng vurduğunu söyləyib:
“Bu gün Novruzəli Orucov mənə zəng vuraraq, nə üçün ondan icazəsiz mətbuata müsahibə verdiyini soruşdu. Daha sonra məni hədələdi və bildirdi ki, bir daha ondan xəbərsiz mətbuata müsahibə verməyim. Novruzəli Orucov mənə açıq şəkildə dedi ki, birdə onun əleyhinə olan fikirləri mətbuata söyləsəm, mənim üçün pis olacaq”.
Sürücü hələ də Novruzəli Orucovun hədələrindən qorxu hissləri keçirdiyini bildirib.
“Ölkə.Az”