Təkrar sertifikatlaşdırmadan keçməyən 50 müəllimə iş verildi
- 14-11-2023, 20:08
- 622
Bu barədə Elm və Təhsil Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təkrar sertifikatlaşdırma prosesinin nəticəsinə əsasən, əmək müqaviləsi ləğv edilmiş təhsilverənlərlə işin təşkili məqsədilə BŞTİ-də komissiya yaradılıb. Komissiya 5 sentyabr 2023-cü il tarixində fəaliyyətə başlayıb və bu müddət ərzində təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərlə görüş təşkil olunub, onların ailə tərkibi və sosial vəziyyəti barədə məlumatlar araşdırılıb. Hazırki dövrə kimi həmin şəxslərdən sosial baxımdan həssas qrupa aid 50 nəfər təhsil müəssisələrində digər vəzifələrdə işlə təmin edilib.