ATV-nin “Yoxlama” verilişi məktəb direktorunun ölümünə səbəb oldu

Cəmiyyət

"Yoxlama” verilişinin aparıcı Azər İsmayılov Xətai rayonu Zaur Məmmədov adına 171 saylı məktəbdə olub və məktəb rəhbərliyinin razılığı olmadan çəkiliş aparıb

Çəkiliş yayımlandıqdan sonra məktəb direktoru Telman Qardaşovun səhhətində problem yaranıb.

Vəziyyəti ağırlaşan direktor dünyasını dəyişib.

Xatırladaq ki, yanvarın 11-də ATV-nin yoxlama verilişi sözügedən məktəbdə yoxlama aparıb və ciddi nöqsanlar aşkar edib.