Prezidentin mükafatlandırdığı hərbçilərin sayı məlum oldu
- 7-11-2023, 19:32
- 345
Prezident İlham Əliyevin Sərəncamları ilə ümumilikdə 1262 nəfər təltif olunub.
Onlardan 206 hərbi qulluqçu 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olanlardır. Eyni zamanda, 19 sentyabr 2023-cü il tarixində Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində mina partlayışı nəticəsində şəhid olan 8 polis əməkdaşı da təltif olunanlar arasındadır.
Bundan başqa, Vətən Müharibəsində itkin düşmüş və şəhid statusu almış 1 hərbi qulluqçu, Vətən Müharibəsinin iştirakçısı, I qrup müharibə əlili də təltif edilib.
Bu təltiflərin sayı isə 1470 olub. Sıralamanı təqdim edirik:
30 nəfər "Azərbaycan bayrağı" ordeni ilə
1 nəfər 2-ci dərəcəli" Rəşadət" ordeni ilə
3-cü dərəcəli" Rəşadət" ordeni 55
6 nəfər 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə
283 nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə
327 nəfər "Vətən uğrunda" medalı ilə
130 nəfər "İgidliyə görə" medalı ilə
5 nəfər "Qarabağ" ordeni ilə
1 nəfər "Suqovuşanın azad olunmasına görə" medalı ilə
1 nəfər "Xocavəndin azad olunmasına görə" medalı ilə
182 nəfər "Döyüşdə fərqlənməyə görə" medalı ilə
176 nəfər "Cəsur döyüşçü" medalı ilə
273 nəfər "Hərbi xidmətlərə görə" medalı ilə