Azərbaycanda hava proqnozu ilə bağlı tətbiq hazırlandı
- 4-11-2023, 12:17
- 490
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. “Meteo az”ın həm “Android”, həm də “iOS” platformaları üzərindən fəaliyyət göstərəcək versiyaları hazırlanacaq. Hava proqnozlarına dair açıq məlumat servisinin, eləcə də “Rəqəmsal Ekologiya Vahid İnformasiya Sistemi”nin “Meteoroloji Məlumatlar” modulunun hazırlanması planlaşdırılır.