“Gənclərin Anti-Narkomaniya” ictimai birliyi antinarkomaniya mübarizəsi çərçivəsində “Həyatına dəyər ver” adlı sosial çarxın təqdimatını keçirdi
- 17-10-2023, 10:00
- 215
Layihə rəhbəri Büllur Məmmədova iştirakçılara layihənin mahiyyəti və məqsədləri barədə məlumat verəndən sonra “Həyatına dəyər ver” sosial çarxına baxış olub.
Bundan sonar dövlət qurumlarının təmsilçiləri narkomaniya ilə mübarizədə əldə olunan nailiyyətlər, qarşıya çıxan problemlər, bu sahədə gənclərimizin verə biləcəkləri töhfəvəl, narkomaniya ilə mübarizədə milli-mənəvi dəyərlərin rolu barədə ətraflı danışıblar.
Qeyd edək ki, müasir dövrdə sosial media insanların, xüsusən də gənclərin ən aktiv olduğu platformadır. Bu səbəbdən çarx sosial media üzərindən də yayımlanacaq.
Vurğulayaq ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi tərəfindən həyata keçirilən antinarkomaniya mübarizəsi çərçivəsində “Həyatına dəyər ver” sosial çarxının hazırlanması və maarifləndirmə tədbirlərinin təşkili layihəsi 1 sentyabr – 31 oktyabr 2023-cü il tarixləri əhatə edən 2 (iki) ay müddətində icra olunur.