Millət vəkili İsrailə bu cür dəstək verdi

Cəmiyyət

Millət vəkili, tanınmış iqtisadçı alim Vüqar Bayramov HƏMAS qüvvələrinin İsrailə hücumu ilə başlayan qarşıdurmada İsraili dəstəkləyib.

Xaqlxeber.az xəbər verir ki, bu barədə millət vəkili sosial şəbəkə hesabında yazıb.

Millət vəkili 2020-ci il Zəfər günündə Azərbaycan, Türkiyə və İsrail bayraqlarına bürünərək qələbəni qeyd edən azərbaycanlıların fotosunu paylaşmaqla verdiyi mesajı bu sözlərlə tamamlayıb:

“Bu çətin zamanda İsrail xalqının yanındayıq”.

Qeyd edək ki, HƏMAS-ın İsrailə qarşı genişmiqyaslı hücumları nəticəsində 250-dən çox yerli sakin ölüb, 1452 nəfər xəsarət alıb.