Parlamentdə mərhum deputatların xatirəsi anıldı
- 2-10-2023, 11:37
- 490
Spiker Sahibə Qafarova bildirib ki, Milli Məclisin ötən dövrü kədərsiz ötüşməyib: “İyulun 14-də deputat Madər Musayev vəfat edib. O, fəaliyyəti ilə milli-mənəvi dəyərlərin qorunub saxlanmasına töhfə verib. Sentyabrın 28-sə isə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva dünyasını dəyişib. Qənirə Paşayeva Milli Məclisin qanunverucilik və qanunyaratma prosesində yaxından iştirak edib".
Daha sonra mərhum millət vəkillərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.