"Qanunlarımıza hörmətlə yanaşın, cənab Anoxin..." - ETİRAZ
- 20-09-2023, 11:56
- 740
M.Qəhrəmanlı "Şirvan Oyl" Əməliyyat Şirkətinin rəhbərinə xirabən əlavə edib: "Cənab Aleksandr Alekseeviç Anoxin, qanunlarımıza hörmətlə yanaşın.
Şirvan OYl ƏŞ -nin qazmaçı işləyən, Şirvan şəhər sakini Mahmudov İlyas 07.04.2023-cü il tarixində 2 növbəli iş zamanı qəza baş verməklə xəsarət alıb. Qəza zamanı İlyas Mahmudov sol əl və ayağından ciddi xəsarət alıb. Qəza nəticəsində soz əlinin 2 və 3-cü barmaqları 1-ci buğundan, sol ayağının bütün barmaqları ambutasiya olunub.
İlyas Mahmudov 02 avqust ,2023-cü il tarixində , 22.06-31.07 .2023-cü il tarixli xəstəlik vərəqəsini iş yerinə təqdim etməsinə baxmayaraq hələ də ödəniş olunmayıb.Niyə, cənab Anoxin?"
Məsələ ilə bağlı olaraq bütün əlaqədar qurum və şəxslərin də mövqelərini dinləməyə hazırıq...Dia.az