"Mənim 4 körpəmə kim baxacaqdı..." - AÇIQ TƏHLÜKƏ!
- 7-09-2023, 14:46
- 794
NHMT sədri "Yenə? Deyəsən artıq İnsan,işçi faktoru lap sona çəkilib ! May ayından bəri, hələ mənim bildiyim 6-cı hadisədir!" deyərək neftçilərdən birinin şikayətini diqqətlərə çatdırıb:
"Uzun illərdir ki, SOCAR NQTT -nin Günəşli bölümündə qaynaqçı vəzifəsində çalışıram. İndiyədək bizi işə aparıb gətirən vertalyotların belə bərbad vəziyyətdə olduğunu görməmişdim.
Bu gün növbə dəyişmək üçün Zabratdan "DDÖ-8"-ə gedirdik. Bizi müasir tipli balaca vertalyota mindirdilər. Qalxmağa hazırlaşan vertalyot qəfil xarab oldu.
Xoşbəxtlikdən nasazlıq havada baş vermədi. Bu halda mənim 4 körpəmə kim baxacaqdı. Uzaqbaşı 90 AZN yetim pulu veriləcəkdi..."
Məsələ ilə bağlı Xalqxeber.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...