Aşurada nə qədər qan verilib? 28-07-2023, 13:27 538 Cəmiyyət Səhiyyə Nazirliyi Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə Məhərrəm ayının 10-u - Aşura günü ilə əlaqədar könüllü qanvermə aksiyasını davam etdirir.Nazirlikdən verilən məlumata görə, bu gün saat 12:00-a kimi olan məlumata əsasən, ümumillikdə respublika üzrə 885 vahid qan yığılıb. Bakı üzrə 630, regionlarda da isə 255 vahid qan toplanıb.