Vüsal Kərimli HƏBS OLUNACAQ? - PROSES BAŞLAYIB!
- 26-07-2023, 14:34
- 368
Qeyd olunub ki, əməliyyatın detalları barədə əlavə məlumat veriləcək. Hələlik əməliyyatla bağlı nəticələr açıqlanmasa da, bu qurumda korrupsiya, yeyinti halları adiləşib. BNA özünü doğrulda bilməyən struktura çevrildi. Elə buna görə, tabeliyi dəyişib, səlahiyyətləri əlindən alınıb. Misal üçün faktiki olaraq, BNA müfəttişləri dayanma-durma cəriməsi yazmaqdan qeyri-rəsmi məhrum olublar. Həmçinin, qurumda maxinasiyalar, tenderlər yolu ilə böyük pulların silinməsi faktları dəfələrlə mətbuatda yayımlanıb. Bundan əlavə , BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli də etimadı doğrulda bilmədi. İndisə antikorrupsiya əməliyyatı keçirilib və görünür ki, konkret cinayət əməlləri ifşa edilib. Onu da deyək ki, BNA Bakı meriyasına tabedir.
Tribunainfo.az