Prezidentdən Sudeif İmamverdiyevlə bağlı SƏRƏNCAM

Cəmiyyət

Sudeif İmamverdiyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə Sudeif Bəşir oğlu İmamverdiyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.