'Luk Oil' Azərbaycan qanunlarına qarşı... - GİLEY
- 11-07-2023, 08:18
- 636
"Bu Lukoil-dən hər cürə fırıldaq gördük də". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Elçin Həsənov adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Gecə saat birdi." Sədərək" TM-yə gedən yoldakı "zapravka"ya girmişəm. İşçi soruşdu ki, kartla ödəyəcəksiniz... deyrəm, hə.. dedi, kart işləmir.
Əsəbləşdim ki, işləmir nədi... Badamdardan düşmüşəm o boyda yolu benzin vurmağa... kart işləmir deyirsən.
Tərslikdən məndə də nağd yoxdu. Dedim, məndə də benzin yoxdu, maşın qalacaq burda.
2 dəqiqədən sonra gəldi ki, vur kartla yaxşı...
Demək kartla ödəniş qəbul etməməkdə məqsəd başqadı... Belə başa düşürəm..."
İddia olunanlarla bağlı Xalqxeber.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...