Göynən əlləşənlərin YERDƏKİ FIRILDAĞI... - Aerokosmik Agentliyinin ərazisi işbazlara satılıb
- 10-07-2023, 18:03
- 342
AzFakt.com xəbər verir ki, iddialara görə ərazisi satılan zavodlardan biri də Binəqədi rayonunda yerləşən Milli Aerokosmik Agentliyinin ərazisidir.
Bir neçə il öncə böyük əhəmiyyətə malik zavodun ərazisinin iş adamlarına satıldığı, hazırda həmin ərazidə yaşayış binalarının tikildiyi bildirilir.
AaFakt.com-un google-maps sistemindən əldə etdiyi məlumatda da zavodun ərazisində tikinti işlərinin aparıldığı açıq-aydın görünür.
Araşdırmamız zamanı məlum oldu ki, ərazidə tikilən yaşayış binalarının tikintisi artıq yekunlaşmaq üzrədir.
Azərbaycan Milli Aerokosmik Agentliyi Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumudur.
Agentlik Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. //AzFakt.com//