Sabunçu Tibb Mərkəzi direktorsuz qalıb... - Yeni təyinat var... amma...
- 3-07-2023, 17:55
- 802
Bir neçə saat öncə, bildirildi ki, Nurəngiz Bəşirova orada işləyəcəyi müddətdə bəzi şəxslər tərəfindən təzyiqlərə məruz qalacağını hiss edərək, vəzifədən imtina edib.
Bu saatlarda redaksiyamıza daxil olan məlumatda bildirilldi ki, əvvəllər Sabunçu Tibb Mərkəzində direktor müavini, sonradan isə direktorun səlahiyyətlərini icra edən Cahangir Həsənov TƏBİB-ə çağırılıb və müqaviləsinin uzadılması təklif olunub. Cahangir Həsənovun isə bu təklifi qəbul edib etmədiyini telefon vasitəsilə soruşmaq istəsək də, cəhdlərimiz baş tutmadı. Düşünürük ki, böyük Tibb müəssisəsinin direktorsuz qalması normal qəbul olunmur.
Sabahnews.az