Azərbaycan dili fənni üzrə növbəti test imtahanı keçirilib
- 18-06-2023, 14:00
- 743
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Qeyd olunub ki, imtahanda 1154 nəfərin iştirakı gözlənilirdi.
İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 13 imtahan rəhbəri, 112 nəzarətçi-müəllim ayrılıb, 15 buraxılış rejimi əməkdaşı (mühafizə), 5 bina nümayəndəsi ayrılıb.
İyunun 19-dan başlayaraq DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin 1 həftə ərzində elan edilməsi nəzərdə tutulur.